"Borussiya"nın baş məşqçisi Edin Terziç istefa verdi
13.06.2024 - 15:30
Edin Terziç Dortmund "Borussiya"sının baş məşqçisi vəzifəsindən istefa verib.
Apasport.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
2023/2024 mövsümündə “Borussiya” Almaniya çempionatında beşinci yeri tutub.
Eyni zamanda, klub Terziçin rəhbərliyi altında Çempionlar Liqasının finalına yüksəlib. Terziçin komandası həlledici görüşdə "Real"a məğlub olub.
Qeyd edək ki, almaniyalı mütəxəssis 2022-ci ildə dortmundluların baş məşqçisi vəzifəsinə təyin olunub.
- “Neftçi”nin sabiq futbolçusu "Sevilya"nın marağında
- Qurban Qurbanov: “Futbolçulara nə vaxt baxırsan, əllərində telefonla gəzirlər”
- Millimizin üzvləri yeni güləş qaydalarıyla tanış olublar
- Qızıl medal qazandı - Olimpiya rekordu qırdı
- Mariya Stadnik və Alyona Kolesnik Avropa çempionatının yarımfinalında
0
0