İngiltərə Premyer Liqasının lideri "Arsenal" ardıcıl 2-ci oyunda xal itkisi ilə barışmalı olub.
Apasport.az xəbər verir ki, Mikel Artetanın yetirmələri XXIII turda formada olan "Brentford"u yenə bilməyib – 1:1. "Brentford"un Premyer Liqada məğlubedilməz oyunlar seriyası 10-a çatıb.
Digər matçlarda aşağıdakı nəticələr qeydə alınıb:
"Vest Hem" – "Çelsi" 1:1
"Kristal Pelas" – "Brayton" 1:1
"Fulhem" – "Notinqem" 2:0
"Lester" – "Tottenhem" 4:1
"Sauthempton" – "Vulverhempton" 1:2
Qeyd edək ki, günün son matçında Bakı vaxtı ilə saat 21:30-da ilk 4-lükdə yer alan "Nyukasl" autsayderlərdən olan "Bornmut"un qonağı olacaq.
- Boksçularımız Avropa çempionatı üçün Almaniyada hazırlıq keçəcək
- "Qəbələ"dən Sumqayıt səfərində əzmkar qələbə
- Futbolun Ən Böyük Fırıldağı: Ali Dianın Unudulmaz 53 Dəqiqəsi
- Felipe Santos: “Final oyunu tortun üzərində əskik olan kremdir” - MÜSAHİBƏ
- Ronaldonun qazancına alına bilər - 6 təyyarə, 533 ada, 1351 ev...