“Arsenal”dan xal itkisi: ”SİTİ” İLƏ FƏRQ 4-ə DÜŞDÜ
13.02.2026 - 01:54
İngiltərə Premyer Liqasında XXVI tur davam edir.
Apasport.az xəbər verir ki, bu gün lider “Arsenal” meydana çıxıb.
Komanda “Brentford”un qonağı olub. İlk hissədə qapılara qol vurulmayıb. Hesab ikinci yarıda açılıb. Noni Madueke londonluları önə çıxarıb. Lakin çox keçmədən Kin Lyuis-Potter komandasına 1 xal qazandıran qolu vurub - 1:1.
“Arsenal” 57 xalla turnir cədvəlinə başçılıq edir. “Topçular” ən yaxın izləyicisi olan “Mançester Siti”ni 4 xal qabaqlayır.
- “Qarabağ”ın rəqibi baş məşqçisini göndərdi, Loran Blanı gətirir
- Ramil Quliyevə “Fənərbaxça”da vəzifə verilib
- Böyükağa Ağayev: “Faciəyə çevrilir, sanki dünyanın sonudur” - MÜSAHİBƏ
- MOK rəsmiləri Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasında iştirak edirlər
- XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
0
0