“Barselona” yenidən zirvədə
22.02.2026 - 22:03
İspaniya La Liqasında XXV turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, çempionatda lider dəyişib.
"Barselona" yenidən zirvəyə yüksəlib. Komanda "Levante"ni 3:0 hesabı ilə məğlub edib. Kataloniya təmsilçisinin heyətində Mark Bernal, Frenki de Yonq və Fermin Lopes fərqlənib.
Xallarının sayını 61-ə çatdıran "Barsa" 60 xalı olan "Real"ı geridə qoyub.
0
0