"Barselona"nın futbolçuları Robert Levandovski, İlkay Gündoğan, Frenki de Yonq və Mark-Andre ter Ştegen komandanın baş məşqçisi Xavinin məşq prosesindən narazıdır.
Apasport.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bildirilib ki, sözügedən oyunçular ispaniyalı mütəxəssisin ideyalarını qəbul etmir, həmçinin onun rəhbərliyi altında həyata keçiriləcək layihənin gələcəyinə inanmırlar.
Xatırladaq ki, daha əvvəl mətbuatda prezident Joan Laporta və idman direktoru Dekonun Xavinin klubdakı gələcəyini müzakirə etmək üçün bu həftə görüş keçirəcəyi barədə məlumat yayılmışdı.
Qeyd edək ki, İspaniya çempionatının 16 turundan sonra Kataloniya təmsilçsi 34 xal toplayıb və 4-cü pillədə qərarlaşıb.
- “Neftçi”nin “Aris”lə oyunlarının başlama saatı dəqiqləşdi
- Azərbaycanlı cütlük “Prezident Kuboku 2024”-də bürünc medal qazandı
- AFFA-nın təşkilatçılığı ilə fitnes məşqçilik kursunun IV mərhələsi keçirilib
- “Neftçi” 500 min avroya Regekampfı buraxır?
- Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək