"Beşiktaş" derbidə lideri məğlub etdi
30.04.2023 - 22:32
Futbol üzrə Türkiyə çempionatında "Qalatasaray" ardıcıl 2-ci dəfə 3 xal qazana bilməyib.
Apasport.az xəbər verir ki, lider "Qalatasaray" XXXII turda İstanbul derbisinə çıxıb.
"Beşiktaş" öz meydanında lideri qəbul edib. Qonaqlar argentinalı hücumçu Mauro İkardinin qolu ilə hesabda önə çıxsa da, 2-ci hissədə vurulan qollarla "Beşiktaş" matçdan 3:1 qalib ayrılıb.
Qeyd edək ki, "Qalatasaray" 70 xalla 1-ci, "Beşiktaş" isə 65 xalla 3-cüdür. Lakin "qara qartallar" "aslanlar"dan 1 matç daha çox keçirib.
- ATF: Kişi və qadınlardan ibarət milli komandalara məşqçi təyinatları
- Musa Qurbanlı: "Poqon" haqda mənə məlumat verilməmişdi" – MÜSAHİBƏ
- Ayxan Abbasov: “Ukraynaya qarşı xal qazanmaq istəyiriksə…”
- Krunoslav Renduliç: "Sabahdan etibarən rəqib haqda fikirləşəcəyik"
- De Byazi: "Azərbaycan tarixdə ilk dəfədir ki, 4-cü pillədədir"
0
0