Fransa Liqa1-də bu gün 2021/22 mövsümünə yekun vurulacaq.
Apasport.az saytının məlumatına görə, XXXVIII – sonuncu turun bütün matçları eyni saatda başlayacaq.
Çempion çoxdan məlum olduğundan, son tur avrokubokların digər iştirakçılarını müəyyənləşdirəcək. “Monako” və “Marsel”ə ilk “üçlük”də qalıb Çempionlar Liqasına yollanmaq üçün 1 xal da bəs edir. Ancaq onlardan birinin məğlubiyyəti “Renn”i ümidləndirəcək.
Digər tərəfdən “Renn” hətta avrokuboklardan da kənarda qala bilər. Bu, komandanın uduzması, “Strasburq”la “Nitsa”nın qələbə qazanması halında baş verəcək.
Autsayderlər zonasında qərarlaşan “Bordo”, “Sent-Etyenn” və “Metz”dən ikisi Liqa2-yə düşəcək, biri isə elitada qalmaq uğrunda pley-offa yollanacaq. Bu da oyunların nəticələrindən asılı olacaq.
⚽ 23:00. “Anje” – “Monpelye”
⚽ 23:00. “Brest” – “Bordo”
⚽ 23:00. “Klermon” – “Lion”
⚽ 23:00. “Lans” – “Monako”
⚽ 23:00. “Lill” – “Renn”
⚽ 23:00. “Loryen” – “Trua”
⚽ 23:00. “Marsel” – “Strasburq”
⚽ 23:00. “Nant” – “Sent-Etyenn”
⚽ 23:00. PSJ – “Metz”
⚽ 23:00. “Reyms” – “Nitsa”
- Taleh Məmmədov: “Evə gəldim ki, qızım mənə “ana” deyir” - VİDEO
- “Zirə”nin oyununa 2-dən 20-yə
- “Savadalens”in futbolçusu: “Azərbaycanda 1-2 klub var ki, təklif olsa, gözdən keçirmək mümkündür” - MÜSAHİBƏ
- “Çelsi” Pedro ilə müqaviləni yenilədi - RƏSMİ
- Mikels qərarını verdi: Azərbaycan klubundan imtina etdi