Liverpulda əsl triller: 7 qol!
30.04.2023 - 21:38
İngiltərə Premyer Liqasının XXXIV turunun bu gün üçün son matçı dramatik şəraitdə keçib.
Apasport.az xəbər verir ki, "Liverpul" öz meydanında "Tottenhem"i qəbul edib.
Meydan sahibləri hesabda 3:0 öndə olsa da, 90+3-cü dəqiqədə London klubunun braziliyalı hücumçusu Rişarlison hesabı bərabərləşdirən qola imza atıb. Bununla belə, onların sevinci cəmi 1 dəqiqə çəkib. "Liverpul"un portuqaliyalı hücumçusu Dioqu Jota "Liverpul"a 3 xal qazandıran qolu vurub.
Bu nəticədən sonra "Liverpul" 2 pillə irəliləyərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə verən 5-ci sıraya yüksəlib.
- “Qarabağ” Şamaxıdan 3 xalla qayıdır - YENİLƏNİB
- Yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı
- Azərbaycanlı pilot "Formula 4" komandalarından təklif alıb
- Rəşad Sadıqov: “Kubok və Premyer Liqada əsas mərhələyə giririk”
- Aleksandr Çertoqanov: "Azərbaycan millisində zamanla hər şey daha yaxşı olacaq" - Müsahibə
0
0