London klubunda ciddi itki
27.12.2023 - 22:46
"Tottenhem"in müdafiəçisi Kristian Romero sıradan çıxıb.
Apasport.az klubun saytına istinadən xəbər verir ki, müdafiəçi zədə səbəbindən 4-5 həftə yaşıl meydanlar uzaq qalacaq. 25 yaşlı futbolçu İngiltərə Premyer Liqasında "Everton"a 2:1 hesabı ilə qalib gəldikləri oyunda budundan zədə alıb.
Qeyd edək ki, Romero cari mövsüm London təmsilçisinin heyətində 15 oyun keçirib və 3 qol vurub. O, 2022-ci ildən "Tottenhem"də oynayır.
- “Sabah” autsayderə uduzdu, “Neftçi” "Sumqayıt"ı darmadağın etdi - YENİLƏNİB
- Slovakiya yığmasını Azərbaycanla oyuna çıxaracaq baş məşqçi açıqlandı
- "Real"ın müdafiəçisi David Alaba sıradan çıxıb
- Norveç MOK rusların beynəlxalq yarışlara buraxılmasının əleyhinədir
- Ölkəmizdə keçiriləcək dünya çempionatının vaxtı bəlli olub
0
0