Millimizin üzvü oynadı, komandası heç-heçə etdi
03.11.2025 - 00:46
Polşada Ekstraklassanın XIV turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Rinat Dadaşovun çıxış etdiyi “Motor” səfərdə “Lex”lə qarşılaşıb.
Görüş məhsuldar heç-heçə ilə başa çatıb – 2:2.
Dadaşov meydanda 77-ci dəqiqədə oyuna daxil olub.
Qeyd edək ki, hazırda “Motor” 15 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.
0
0