Premyer Liqa: “Arsenal” evdə xal itirib
12.04.2025 - 23:39
Premyer Liqa: “Arsenal” evdə xal itirib

İngiltərə Premyer Liqasında XXXII turun görüşləri davam edir.

Apasport.az xəbər verir ki, günün son matçında "Arsenal" öz meydanında "Brentford"la qarşılaşıb. 

Gərgin keçən oyunda qalib müəyyənləşməyib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İngiltərə Premyer Liqası
XXXII tur

20:30. “Arsenal” - “Brentford” - 1:1