Premyer Liqanı tərk edən son klub da bəlli oldu
26.04.2025 - 20:24
Premyer Liqanı tərk edən son klub da bəlli oldu

İngiltərə Premyer Liqasında XXXIV turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün daha 4 matç baş tutub.

Çempionatla vidalaşan sonuncu komandanın da adına aydınlıq gəlib. 

"İpsviç Taun" "Nyukasl"la görüşdə xalsız qalıb. Bununla da, komandanın aşağı liqaya düşməsi rəsmiləşdirib. 

İngiltərə Premyer Liqası
XXXIV tur 

26 aprel
"Brayton" – "Vest Hem" - 3:2
"Nyukasl" – "İpsviç" - 3:0
"Southempton" – "Fulhem" - 1:2
"Vulverhempton" – "Lester" - 3:0