PSJ Renndən xalsız qayıdır
13.02.2026 - 23:57
Futbol üzrə Fransa çempionatında XXII tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə PSJ meydana çıxıb.
Komanda "Renn"in qonağı olub. Matçda 4 qol vurulub. Son çempion görüşdən xalsız ayrılıb - 1:3.
Bu, PSJ-nin mövsümdə 3-cü məğlubiyyəti olub. Komandanın aktivində 51 xal var.
Paris təmsilçisini 49 xalla "Lans" izləyir.
0
0