“Qalatasaray” Türkiyə çempionatında növbəti qələbəsini qazanıb.
Apasport.az saytı xəbər verir ki, son çempion öz meydanında “Samsunspor”u məğlubiyyətə uğradıb.
Oyun 4:2 hesabı ilə başa çatıb. Birinci hissədə üç qol vuran “Qalatasaray” qarşılaşmanın taleyini həll edib. Qonaq komanda fərqi minimuma endirsə də, İkardi 4-cü topu rəqib qapısından keçirib. “Sarı-qırmızılar” keçirdikləri bütün oyunlarda maksimum nəticə göstəriblər.
“Adana Demirspor” da turu qələbə ilə başa vurub. Patrik Klyuvertin yetirmələri debütant “Pendikspor”un qapısından üç cavabsız top keçiriblər.
Türkiyə Superliqası
5-ci tur
16 sentyabr
“Kayserispor” – “Qaziantep” – 2:0
“Konyaspor” – “Rizəspor” – 1:2
“Adana Dəmirspor” – “Pendikspor” – 3:0
“Qalatasaray” – “Samsunspor” – 4:2
- Felipe Santos: “Final oyunu tortun üzərində əskik olan kremdir” - MÜSAHİBƏ
- Oblak “Atletiko”dan ayrılır? – “Yuventus” hərəkətə keçdi
- Azərbaycanın U-16 millisi Yalovada beynəlxalq turnirdə iştirak edir
- "Turan Tovuz" evdə "Sabah"ı məğlub etdi - YENİLƏNİB
- Azərbaycanlı hakim-inspektor UEFA-dan təyinat alıb