Super Liqa: “Beşiktaş”dan minimalhesablı qələbə
19.01.2026 - 22:59
Türkiyə Super Liqasında XVIII tura yekun vurulub.
Apasport.az xəbər verir ki, turun son günündə üç qarşılaşma baş tutub.
“Konyaspor” doğma meydanda “Eyüpspor”u qəbul edib. Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 1:1.
“Beşiktaş” isə azarkeşləri qarşısında “Kayserispor”la üz-üzə gəlib. El Bilal Turenin 90+5-ci dəqiqədə vurduğu qol “qara qartallar”a minimalhesablı qələbə qazandırıb - 1:0.
Günün son matçında “Göztəpə” öz meydanında “Rizəspor”u sınağa çəkib. Dörd qolun qeydə alındığı qarşılaşmada İzmir təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.
- Zona birinciliyinin final mərhələsinin açılış mərasimi keçirilib
- Azərbaycan millisi Parisdə daha iki medal qazanıb
- "Neftçi"dən ikinci transfer - Artıq Bakıdadır
- "Fənərbaxça"ya növbəti təklif: Əvvəl Premyer Liqa klubu, indi isə İtaliya nəhəngi
- Rəşad Əzizli: “Şamaxı” kimi 4 klub olsa, millimizdə də futbolçu problemi yaşanmaz” - MÜSAHİBƏ
0
0