Terimin komandası qalib gəldi
07.04.2025 - 00:02

Fatih Terimin rəhbərlik etdiyi “Əl-Şabab” liqada növbəti matçını keçirib.
Apasport.az xəbər verir ki, komanda Səudiyyə Ərəbistanı Pro Liqasının XXVI turu çərçivəsində “Əl-Vəhda” ilə qarşılaşıb.
Türkiyəli mütəxəssisin yetirmələri səfərdən 3 xalla qayıdıblar.
4 qolun vurulduğu matçda “Əl-Şabab” rəqibini 3:1 hesabı ilə məğlub etməyi bacarıb.
Səudiyyə Ərəbistanı Pro Liqası
XXVI tur
21:00. “Əl-Vehda” – “Əl-Şabab” – 1:3
0
0