“Volfsburq” 29 ildən sonra: II BUNDESLİQADA
26.05.2026 - 10:29
“Volfsburq” 29 ildən sonra: II BUNDESLİQADA

“Volfsburq” tarixində ilk dəfə Bundesliqanı tərk edib.

Apasport.az xəbər verir ki, komanda “Paderborn”la pley-off matçında məğlub olub - 1:2.

İlk oyun qolsuz bərabərliklə nəticələndiyindən "canavarlar" aşağı liqaya yuvarlanıb.

“Yaşıl-ağlar” 1997-ci ildən bəri ilk dəfə II Bundesliqada oynayacaqlar. 

“Volfsburq” bir dəfə Bundesliqa çempionu olub, Almaniya Kubokunu və Almaniya Superkubokunu qazanıb.