Azərbaycan Şahmat Federasiyası yeni loqosunu təqdim edib.
Apasport.az xəbər verir ki, yeni loqo “AŞF” abbreviaturasıyla diqqəti cəlb edir.
“A” hərfinin içərisində piyada, “F” hərfinin içərisində isə vəzir fiquru siluet kimi verilib. Abbreviaturanın fonunda şahmat taxtası zərif naxış kimi loqoya şahmat mövzusunu əlavə edir.
Minimalist və müasir yanaşma tünd göy rəngi ilə etibar və ciddilik yaradır. Loqoda piyada və vəzir fiqurlarının inteqrasiyası şahmatın strategiya, səbr və liderlik fəlsəfəsini simvolizə edir.
Loqodakı mesaj belədir: hər piyada vəzir ola bilər. Piyadadan vəzirə, gedişdən ustalığa doğru. Hər uşaq, hər həvəskar, hər şahmatçı məqsədə çata bilər. Piyadayla başlanan yol vəzirlə davam edərək qələbəyə doğru irəliləyir.
- "Bayer" cari Avropa Liqasının rekordunu təkrarlayıb
- “Şelburn”un baş məşqçisi: "Qarabağ"a qarşı çox da taktiki dəyişiklik etməyə ehtiyac yoxdur”
- “Qarabağ” “Top-60”da: “Fiorentina”ya çatdı, “Qalatasaray”a bir addım qaldı
- Premyer Liqa klubu 4 futbolçusunu heyətində saxladı
- "Arsenal"ın sabiq futbolçusu II Liqa klubunda - RƏSMİ