“Məqsədim Xankəndidə qaliblər sırasında yer almaqdır”
Apasport.az xəbər verir ki, bunu 11-ci Vüqar Həşimov Memorial turnirində Azərbaycanı təmsil edəcək şahmatçı Aydın Süleymanlı deyib. Zəka sahibi turnirin maraqlı mübarizə şəraitində keçəcəyini deyib:
“Bu mənim Vüqar Həşimovun xatirəsinə keçirilən turnirlərdə dördüncü iştirakım olacaq. Turnirdə güclü şahmatçılar mübarizə aparacaq. İştirakçı sayının altı olması yarışın daha da maraqlı olacağından xəbər verir. Məqsədim daha yaxşı çıxış etmək və Xankəndidə qaliblər sırasında yer almaqdır”.
Digər təmsilçimiz Rauf Məmmədov isə yarışla bağlı bunları söyləyib:
“Bütün rəqiblər güclüdür və çətin oyunlar olacaq. Demək olar ki, hər biri ilə maraqlı görüşlərimiz olub. Bu dəfə də bizi çox maraqlı yarış gözləyir. Çalışacağam ki, yaxşı çıxış edim və uğurlu nəticə qazanım”.
Qeyd edək ki, Xankəndidə keçiriləcək turnirə dekabrın 9-da start veriləcək.