Azər Mirzoyev Budapeştdə 6-cı olub
24.03.2025 - 12:30

Macarıstanın paytaxtı Budapeştdə keçirilən “One Week March” şahmat turniri başa çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Azər Mirzoyev yarışda 6-cı yeri tutub.
O, 9 turda 1 qələbə qazanıb, 7 heç-heçə edib və 1 dəfə uduzaraq 4,5 xal toplayıb. 7 xal qazanan Artem Uskov (FİDE) turnirin qalibi olub.
Qeyd edək ki, qrossmeysterlərin A turniri 10 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçirilib.
- "Seltik" "Reyncers"ə çatdı
- Voyislav Stankoviç: “Regekampf bu mövsüm də “Neftçi”də qalsaydı, komanda daha güclü olardı” - Müsahibə
- Vidadi Rzayev: “Sənədi necə dəyişdiriblər, getsin İlqar Nadiri cavab versin” - Eksklüziv
- La Liqa: “Valensiya”dan inamlı qələbə
- "Fənərbaxça" mərakeşli futbolçu ilə anlaşdı
0
0