Azərbaycan çempionu bəlli oldu
21.02.2026 - 18:46
Şahmat üzrə Azərbaycan çempionatında final mərhələsinin cavab görüşləri keçirilib.
Apasport.az xəbər verir ki, cavab oyunlarında rəmzi ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov edib.
Şəhriyar Məmmədyarov-Məhəmməd Muradlı mübarizəsində cavab oyunu həlledici olub.
Ağ fiqurlarla çıxış edən M.Muradlı gərgin görüşdə qalib gəlib. İki görüşün yekun nəticəsinə əsasən 1,5-0,5 hesabıyla qələbə qazanan M.Muradlı Azərbaycan çempionu tituluna sahib çıxıb.
Yarışın reytinq favoriti Ş.Məmmədyarov ardıcıl ikinci il finalda uduzaraq gümüş medalla kifayətlənib.
- “Qarabağ”ın HİK-lə hər iki matçının hakimləri müəyyənləşdi
- Françesko Kalzona: “Azərbaycan millisində italiyalı məşqçinin əli hiss olunur”
- Rafael Ağayev amerikalı rəqibini evinə dəvət etdi - VİDEO
- Ukrayna millisinin futbolçusu Avro-2024-ün ilk oyununu buraxacaq
- Vladimir Miçoviç: “Onlar "Neftçi"nin səviyyəsinə uyğun gəlmir” - MÜSAHİBƏ
0
0