Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatının bağlanış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə komandalarla yanaşı lövhələr üzrə fərqlənən şahmatçılar da təltif olunub.
Azərbaycan şahmatçılarından Eltac Səfərli üçüncü lövhədə birinci yeri tutmaqla qızıl medala layiq görülüb. Şahmatçı 3 qələbə və 4 heç-heçə sayəsində bütün həmkarlarını qabaqlayıb.
Qadın şahmatçılardan isə Gülnar Məmmədova dördüncü lövhədə üçüncü yeri tutub. 8 turda 6 qələbə qazanan G.Məmmədovaya bağlanış mərasimində bürünc medal təqdim olunub.
Tədbirdə Avropa çempionatında ikinci yeri tutan kişi şahmatçılardan ibarət Azərbaycan komandasının üzvlərinə gümüş medal, diplom və kubok verilib. Mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov təqdim edib.
- Sabiq futbolçu final haqda: “Məhsuldar oyun gözləmirəm”
- Elzar Yusubovun xatirəsinə həsr olunmuş karate turniri keçiriləcək
- "İnter Mayami" 4 cavabsız qolla uduzdu - VİDEO
- Ölkə kubokunun yarımfinal mərhələsi rəqəmlərin gözü ilə
- Millimizin baş məşqçisi: “Gələcəkdə daha uğurlu nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik”