Yunanıstanın Krit adasının Hersonissos şəhərində şahmat üzrə yeniyetmələr arasında keçirilən Avropa çempionatında V tur başa çatıb.
Apasport.az xəbər verir ki, 18 yaşadək qızların mübarizəsində Azərbaycan təmsilçisi Nərmin Abdinova 5 oyunun hamısında qələbə qazanaraq 5 xalla turnir cədvəlinə başçılıq edir. O, ən yaxın izləyicisini 1 xal qabaqlayır.
18 yaşadək oğlanların yarışında Tunar Davudov liderdir. 16 yaşadək oğlanların mübarizəsində isə Paşam Əlizadə ikinci pillədə qərarlaşıb.
Səfa Hümmətov (U-14), Nurtən Nuriyeva (U-18) və Şəmsi Qaraxanov (U-14) da ilk onluqda yer alaraq medal şanslarını qoruyurlar.
Bu gün çempionatda istirahət günüdür.
Qeyd edək ki, Avropa çempionatına noyabrın 12-də yekun vurulacaq.
- “Bavariya” Reşford üçün HƏRƏKƏTƏ KEÇDİ
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Azərbaycan millisinin Sloveniyada təlim-məşq toplanışı başa çatıb
- Ruy Jorje ilk sınaqdan qalib ayrıldı: Millimiz Pakistanı məğlub etdi - YENİLƏNİB
- Qurban Qurbanov: “Futbolçulara nə vaxt baxırsan, əllərində telefonla gəzirlər”