Eltac Səfərlidən qələbə və heç-heçə
15.12.2024 - 22:27
Azərbaycan şahmatçısı Eltac Səfərli Skopyedə keçirilən “Skopje Open” beynəlxalq turnirində bu gün 2-ci oyununu keçirib.
Apasport.az xəbər verir ki, qrosmeysterimiz 7-ci tur çərçivəsində Momçil Petkovla (Bolqarıstan) qarşılaşıb.
Görüş heç-heçə yekunlaşıb. Bu nəticədən sonra xalını 5,5-ə yüksəldən 2-ci pillədəki mövqeyini qoruyub. İlk pillələrdə qərarlaşan şahmatçılar eyni xala malikdirlər.
Qeyd edək ki, Eltac bu gün digər görüşdə almaniyalı Marius Fromma qalib gəlib.
- Laurentsiu Regekampf: "Futbolçular daha yaxşı konsentrasiya olmalıdır"
- Beydullayeva çempionluğu vaxtından əvvəl təmin etdi
- Qriqorçuk “Neftçi” günlərindən danışıb: “Nəticə olmayanda…”
- Şahmatçılarımızdan Avropa çempionatında parlaq çıxış
- Aydın Süleymanlı: "Məqsədim Xankəndində qaliblər sırasında yer almaqdır"
0
0