Qadın şahmatçımızdan dünya çempionatında gümüş medal
07.03.2025 - 22:24
Monteneqroda təşkil edilən 20 yaşlılar arasında şahmat üzrə dünya çempionatı sona çatıb.
Apasport.az xəbər verir ki, Azərbaycan şahmatçısı Ayan Allahverdiyeva qızların yarışında ikinci yeri tutub.
Təmsilçimiz bu gün keçirilən 11-ci turda Özbəkistan təmsilçisi Afruza Xamdamovayla heç-heçə oynayıb. Bu nəticədən sonra xalını 8-ə çatdıran Ayan dünya çempionatının gümüş medalına layiq görülüb. Qızıl medalı 9 xal toplayan Anna Şuxman qazanıb.
Qeyd edək ki, dünya çempionatında 50 ölkədən 200-dən çox şahmatçı mübarizə aparıb.
- Avropa nəhəngləri “Siti”nin vunderkidi ilə maraqlanır
- Hollandlar türkləri oyuna buraxmayacaq - "Beşiktaş"dan UEFA-ya müraciət
- "Atletiko" bu futbolçusunu 100 milyondan az qiymətə satmayacaq
- Yunan-Roma güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayırlar
- Kayak və kanoeçilərimizdən Gürcüstanda 5 medal
0
0