Bakıda keçirilən şahmat üzrə “Çempionların savaşı”turnirində rapid yarışlarına yekun vurulub.
Apasport.az xəbər verir ki, kişilərin mübarizəsində Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovla (Özbəkistan) qarşılaşıb.
Rapid partiyalarından sonra R.Məmmədov 4:2 hesabı ilə üstünlük qazanıb.
Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə mübarizə aparıb. Rapid partiyalarının yekununa əsasən Günay 3,5:2,5 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, qalib rapid və blits oyunların nəticəsinə əsasən müəyyənləşəcək.
- Qubada cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün nəzəri dərslərə start verilib - FOTO
- Azərbaycan dünya korporativ oyunlarını 8 medalla başa vurub
- Rəhim Həsənov hakimlərin qərarlarını şərh etdi - VİDEO
- "Turan Tovuz" "Voluntari"yə qarşı
- Qəbələ-Xankəndi ultramarafonunun qalibi: “Dünya bu gözəllikləri görməlidir”