Rauf Məmmədov Almaniyada beynəlxalq turnirdə çıxış edəcək
01.04.2026 - 20:25
Rauf Məmmədov Almaniyada beynəlxalq turnirdə çıxış edəcək

2-6 aprel tarixlərində Almaniyanın Karlsrue şəhərində “Grenke” şahmat festivalı keçiriləcək.

Apasport.az xəbər verir ki, ənənəvi beynəlxalq yarışda Azərbaycanı üçqat Avropa çempionu Rauf Məmmədov təmsil edəcək.

Qeyd edək ki, yarışda həmçinin dünya çempionu, FIDE reytinqinin lideri Maqnus Karlsen də iştirak edəcək.