Rauf Məmmədov liderlər qrupunda
19.04.2025 - 00:36
Rauf Məmmədov liderlər qrupunda

Almaniyanın Karlsrue şəhərində təşkil olunan "Grenke Chess" festivalında daha iki tur arxada qalıb.

Apasport.az xəbər verir ki, "Freestyle Chess Open" yarışan Rauf Məmmədov keçirdiyi hər iki görüşü qələbə ilə başa vurub.

O, əvvəlcə Drajen Draqiçeviçə (İsveç), sonra Maçey Klekovskiyə (Polşa) qalib gəlib. Gün Şəhriyar Məmmədyarov üçün uğursuz olub. 2-ci turda yerli Tobias Koelle ilə xalları yarıya bölən şahmatçımız 3-cü oyunda fransalı Tal Abergelə uduzub.

3 turdan sonra maksimum nəticə göstərən Rauf liderlər qrupunda qərarlaşıb. O, əlavə göstəricilərə görə ikincidir. Şəhriyar isə 1,5 xalla 107-ci pilləni tutur. Daha bir təmsilçimiz Faiq Əsgərov 2 xalla 96-cıdır.

"Grenke Chess Open"də yarışan Məhəmməd Muradlı və Eltac Səfərli uğurlu çıxışlarını davam etdirirlər. Hər 3 görüşdə rəqiblərini mat edən təmsilçilərimiz 51 şahmatçının yer aldığı liderlər qrupunda qərarlaşıblar.