Şahmat üzrə Azərbaycan çempionatında bütün finalçılar məlum olub.
Apasport.az xəbər verir ki, kişilərin yarışında ikinci finalçı Rauf Məmmədov olub.
O, taybrekdə Teymur Rəcəbovdan güclü olub. Rapid mübarizəsində də heç-heçə qeydə alınıb, armageddonda isə Məmmədov qələbəni bayram edib.
Qadınlarda isə hər iki finalçı tay-brekdən sonra müəyyənləşib.
Günay Məmmədzadə Gülnar Məmmədovadan üstün olub - 1,5:0,5.
Digər cütlükdə isə Gövhər Beydullayeva Ülviyyə Fətəliyevaya qalib gəlib - 1,5:0,5.
Sabah start götürəcək həlledici partiyalarda Şəhriyar Məmmədyarov Rauf Məmmədovla, Günay Məmmədzadə isə Gövhər Beydullayevayla qarşılaşacaq.
Üçüncü yer uğrunda görüşlərdə Misrətdin İskəndərovla Teymur Rəcəbov, Gülnar Məmmədova isə Ülviyyə Fətəliyeva ilə üz-üzə gələcək.
Oyunlar saat 15-00-da başlayacaq.
- Üzgüçülərimiz daha 2 medal qazandılar
- Türkiyəli mütəxəssis "Xankəndi" klubunun baş məşqçi vəzifəsindən ayrılıb
- Yan Vertonqen Belçika millisindəki karyerasını başa vurub
- III MDB Oyunları: 5 idmançımız oxatma yarışlarında 1/8 finala yüksəlib
- Millimizin baş məşqçisi: “Hazırda güləşlə məşğul olan qızların sayı çoxdur”