BƏƏ-də Şarjah Masters şahmat turnirində 4-cü turun görüşləri keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan şahmatçısı erməni rəqibini məğlub edib.
Məhəmməd Muradlı qara fiqurlarla Samvel Ter-Sahakyan mat qoyub. Teymur Rəcəbov isə ardıcıl 4-cü dəfə heç-heçə razılaşıb. Daha bir təmsilçimiz Eltac Səfərli də turu yarım xalla başa vurub. Aydın Suleymanlı isə iranlı rəqibinə uduzub.
Bu nəticələrdən sonra Murad 3 xalla 9-cu pillədə qərarlaşıb. O, liderlərdən yarımxal geri qalır. Hesabında 2 xal olan Eltac 35-ci, Aydın 50-ci, Teymur isə 53-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Şarjah Mastersdə 88 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparır.
Şarjah Masters, IV tur
Aydın Suleymanlı – Bardiya Daneşvar (İran) – 0:1
Samvel Ter-Sahakyan (Ermənistan) – Məhəmməd Muradlı – 0:1
Teymur Rəcəbov – Ediz Gürel (Türkiyə) – 0,5:0,5
Vladislav Artemyev (AİN) – Eltac Səfərli – 0,5:0,5
- DÇ-2026: Argentina və Braziliyadan darmadağın
- Kənan Manafov: "Beynəlxalq oyun təcrübəsi baxımından rəqibdən geri qalırdıq"
- “Hakken” – “Qarabağ” oyununun hakimləri açıqlandı
- Ceyhun Sultanov: "Hər qapıçı bu qədər zərbəni dəf etməyi bacarmır" - Açıqlama
- “Qalatasaray” oyunçusu ilə müqavilə müddətini uzadıb