Şəkidə “Sheki Open” beynəlxalq şahmat festivalı sona çatıb.
Apasport.az xəbər verir ki, A qrupunda 9 turda hamıdan çox 8 xal toplayan azərbaycanlı şahmatçı Xaqan Əhməd yarışın qalibi olub.
Yarış ərzində 7 xal toplayan Ukrayna şahmatçısı Vitali Bernadski turniri ikinci pillədə başa vurub.
Azərbaycanın digər şahmatçısı Vüqar Manafov 6,5 xalla üçüncü yerdə qərarlaşıb.
B qrupunda təmsilçimiz Teymur Soltanov 8 xalla turnirin qalibi adını qazanıb. Yusif Kərimliylə Hüseyn Qurbanov müvafiq olaraq 2-3-cü yerləri tutub.
Qeyd edək ki, “Sheki Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan"ın bir mərhələsidir. İyunun 27- də layihənin növbəti yarışı “Shamaxhi Open” turniri start götürəcək.
- Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”
- Rəşad Sadıqov: "Eyni hadisə bizim qapımıza olsaydı, qol qeydə alınardı" - MÜSAHİBƏ
- Şəhriyar Məmmədyarov FIDE reytinqinin ilk "10-luğ"unda
- “Qalatasaray” – “Beşiktaş” derbisinə PROQNOZ
- “Fənərbaxça” Konfrans Liqasında mübarizəni dayandırdı - YENİLƏNİB