Sinqapurda növbəti heç-heçə
12.12.2024 - 00:19

Sinqapurda Şahmat Tacı uğrunda yarış sona yaxınlaşır.
Apasport.az xəbər verir ki, dünya çempionu Dinq Liren (Çin) və namizədlər turnirinin qalibi Qukeş Dommarajunun (Hindistan) mübarizəsi davam edir.
Onlar 13-cü partiyada üz-üzə gəliblər. Tərəflər 69-cu gedişdə sülhə razı olublar. Sona bir tur qalmış ümumi nəticədəki heç-heçəni dəyişmək mümkün olmayıb - 6,5:6,5.
Qeyd edək ki, sabah mübarizədə sonuncu tur keçiriləcək. Qalib müəyyən olunmayacağı təqdirdə şahmatçılar tay-breykdə qüvvələrini sınayacaqlar.
- Azərbaycan futbolunda biabırçılıq: Qarşılaşmaya hakim təyin edilmədi
- "Göztəpə"nin ulduz transferi Emerson İzmirdə
- Messi ilə qonşu oldu, 25 MİLYON DOLLAR QAZANDI
- Jiru: “Hər kəs gücünün 110 faizini meydanda qoymalıdır”
- Portuqaliyalı mütəxəssis: "Millidən bərk yapışın, inanın ki, bu, gələcəyə atılmış addımdır"
0
0