Bu gün Bakıda şahmat üzrə “Çempionların savaşı” turnirinə start verilib.
Apasport.az xəbər verir ki, yarışın qalibləri rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.
Rapiddə 3 tur arxada qalıb. Kişilərin mübarizəsində Azərbaycan çempionu Rauf Məmmədov FIDE Dünya çempionu Rüstəm Kasımcanovla (Özbəkistan) qarşılaşır. Qrossmeystimiz 2:1 hesabı ilə önə keçib.
Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə dünya və Avropa çempionu Antoaneta Stefanova (Bolqarıstan) ilə mübarizə aparır. Günay hesabda 2:1 üstünlüyə yiyələnib.
Qeyd edək ki, rapiddə sabah daha 3 tur keçiriləcək. Aprelin 30-da isə 10 turdan ibarət blits turniri təşkil olunacaq.
- “Neftçi”dən ayrılan futbolçu vətəninə qayıdıb
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”
- “Bodo Qlimt” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb
- Qurban Qurbanovun və "Qarabağ"ın şad gününün dostları
- Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının akkreditasiyasına başlanıldı