Yunanıstan Rodos adasında keçirilən qadınlar arasında şahmat üzrə Avropa çempionatında bu gün sonuncudan əvvəlki - 10-cu turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, tur Azərbaycan şahmatçıları üçün uğursuz alınıb.
Dörd təmsilçimiz xalsız qalıb. Liderlər qrupunda qərarlaşan şahmatçılarımızdan Gülnarə Məmmədova və Türkan Məmmədyarova qələbə qazanıb. Onların hesabında 6,5 xal toplayıblar. Gövhər Beydullayeva yarım xala razı olsa da, Nərmin Abdinova uduzub.
Avropa çempionatında ən yüksək yeri tutan on şahmatçı Dünya kubokuna vəsiqə qazanacaq. Sabah son tur keçiriləcək.
10-cu tur
Anastasiya Avramidu (Yunanıstan) – Gövhər Beydullayeva - 0,5:0,5
İnqa Xurtsilava (Gürcüstan) – Gülnar Məmmədova - 0:1
Natalya Jukova (Ukrayna) – Nərmin Abdinova - 1:0
Türkan Məmmədyarova – Viktoriya Radeva (Bolqarıstan) - 1:0
Ülviyyə Fətəliyeva – Ayan Allahverdiyeva - 1:0
Maryam Mkrtçan (Ermənistan) – Səbinə İbrahimova - 1:0
Ekaterini Pavlidu (Yunanıstan) – Lalə Hüseynova - 1:0
Turnir cədvəlinin üst sıralarında qərarlaşanlar:
1. Teodora İnyaç (Serbiya) – 9 xal, 2. İrina Bulmaqa (Rumıniya), 3. Mai Narva (Estoniya) – 7,5...
15. Gülnar Məmmədova, 24. Türkan Məmmədyarova - hərəyə 6,5, 26. Gövhər Beydullayeva - 6 xal
- ABL: NTD "Abşeron"a, "Lənkəran" "Gəncə"yə məğlub olub - YENİLƏNİB
- Rəşad Sadıqov: “Bu amil üzərimizdəki təzyiqi daha çox artırırdı” - VİDEO
- “Qarabağ”, sindromu qır – hər şey öz əlindədir
- Messi "Qızıl top"ların yerini açıqlayıb
- Leandro Andrade “Qarabağ”da 60-a çatdı: Yubiley qolu “Turan Tovuz”a qarşı gəldi