31 illik həsrətə son
12.01.2023 - 10:19
“Nottinhem Forest” İngiltərə Liqa kubokunun yarımfinalına yüksəlib.
Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi 31 ildən sonra daxili kubok yarışlarında bu qədər irəliləyib.
Nottinhem təmsilçisi sonuncu dəfə 1991/92 mövsümündə 1/4 final səddini adlayıb. Həmin vaxt komanda Liqa kubokunun finalına qədər irəliləyib. Həlledici görüşdə isə “Mançester Yunayted” 1:0 hesablı qələbə qazanıb. Bu dəfə eyni rəqiblə duel yarımfinalda baş tutacaq.
Qeyd edək ki, “Nottinhem Forest” 1:1 hesabı ilə başa çatan matçın penaltilər seriyasında “Vulverhempton”u məğlub edib – 4:3.
- “Ferensvaroş”un kapitanı: “Qarabağ”dan böyük sillə yedik” - MÜSAHİBƏ
- Yığmamız İtaliyada dünya çempionatında iştirak edəcək
- “Çelsi” Poçettinonu portuqaliyalı ilə əvəzləyəcək
- Yusif Nəbiyev: "Yığmanın bu durumunda bütün azərbaycanlı futbolçuların günahı var"
- Ronaldoya növbəti mesaj: “...böyümüşəm” - FOTO
0
0