Azərbaycan və İsveç milli komandaları indiyədək 4 rəsmi qarşılaşmada üz-üzə gəliblər.
Apasport.az-ın məlumatına görə, tərəflər arasında baş tutan matçlardan 3-də İsveç qalib gəlibsə, 1 görüş Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb.
İsveç Azərbaycanla oyunlarda ümumilikdə 9 qol vurub. Millimiz isə bunun cavabını 4 oyunda 3 qol vurmaqla verib.
Azərbaycan İsveçlə evdə keçirdiyi 2 oyundan 1-ni qələbə, digərini isə məğlubiyyətlə başa vurub. İsveçdə keçirilən matçların hər ikisi skandinaviyalıların qalibiyyəti ilə nəticələnib.
Qeyd edək ki, tərəflər arasında 5-ci matç bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
- Murad Məmmədov: "Emin Mahmudov və Rəhman Hacıyevin oyunlarına baxa-baxa böyümüşəm" - MÜSAHİBƏ
- “Ordu”nun üzvü: “Mövsümü major notlarla başa vurmaq istəyirik”
- Şəhriyar Əsgərov: "Cavab matçında daha yaxşı nəticə göstərməyə çalışacağıq"
- Maqomedov gümüş, Əliyev bürünc qazanıb
- “Qaradağ Lökbatan”ın baş məşqçisi: "Neftçi"dən yaxşı oynadıq"