“Real”ın La Liqada ən çox qol vuran futbolçuları siyahısında dəyişiklik olub.
Apasport.az saytı xəbər verir ki, Madrid təmsilçisinin fransalı hücumçusu Kərim Benzema komandanın bombardirləri sırasında 2-ci pilləyə yüksəlib.
35 yaşlı futbolçu buna La Liqanın XXI turunda "Elçe" ilə matçda (4:0) iki qol vuraraq nail olub. O, siyahıda Raul Qonzalesi qabaqlayıb. Benzemanın aktivində 230, “Real”ın sabiq forvardının isə 228 qol var.
“Kral klubu”nda ən çox qol müəllifi isə Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldodur. 2009-2018-ci illərdə “Real”da çıxış etmiş superulduz 311 qolla zirvədə yer alır.
- III MDB Oyunlarının şüarı açıqlanıb – “Hər qəlbdə bir qələbə”
- “Qarabağ”ın mümkün rəqibləri: “Viktoriya”dan əzmkar qələbə
- Həsrət Cəfərov: "Bayrağımızı daha da yüksəklərə dalğalandıracam"
- Murad Musayev: “Krasnodar" azarkeşlərini sevindirmək üçün əlimdən gələni edəcəyəm”
- “Arsenal” Saka ilə müqaviləni yenilədi