De Xea Ərəbistana gedir
28.01.2024 - 15:59
David De Xea karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Mançester Yunayted”in keçmiş qolkiperi “Əl-Şabab”a keçmək üçün danışıqlar aparır.
Ərəbistanda oynamağın əleyhinə olmayan ispan çərçivə qoruyucusu yaxın günlərdə Ərəbistan yarımadasına getməyə hazırlaşır. İddialara görə 33 yaşlı De Xea “Əl-Şabab”ın təklif etdiyi yüksək əmək haqqından razı qalıb.
Qeyd edək ki, qapıçı yayda “Mançester Yunayted”dən ayrıldıqdan sonra azad agent statusundadır.
- Səhvləri-doğrularıyla bu dünyadan keçən “argentinalı Məsih” - ULDUZLAR
- Sərbəst güləşçimiz Avropa çempionatının qalibi olub
- Ayxan Abbasov: "Əsas məqsədimiz Premyer Liqada qalmaq olacaq" - Müsahibə
- “Səbail”in legioneri: "Ümidimizi itirmirik, pozitiv düşünürük"
- “Qalatasaray” ulduz futbolçusunu göndərdi – Rəsmi
0
0