“Neftçi”nin futbolçusu Emin Mahmudov Misli Premyer Liqasının cari mövsümündə 7-ci dəfə penaltidən qol vurub.
Apasport.az saytının məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi “Qəbələ” ilə ev görüşündə (1:2) fərqlənib.
Mahmudov bununla da “Neftçi”nin tarixində yeni rekorda imza atıb. O, “ağ-qaralar”ın heyətində Azərbaycan çempionatlarında bir mövsümdə ən çox penalti vuran futbolçu olub.
Eminə qədər rekord 6 penaltiyə bərabər idi. 1992-ci ildə Yunis Hüseynov, sonradan Adrian Neaqa (2009/10), Ruslan Qurbanov (2015/16) və Namik Ələskərov (2020/21) eyni çempionatda 6 dəfə 11 metrlik cərimə zərbəsi vurub. Ruslanın bir zərbəsi qeyri-dəqiq olubsa, digər futbolçular 6 penaltinin hamısını qola çevirib.
- Avarçəkənimiz Türkiyədə iki medal qazanıb - VİDEO
- “Zirə” Ukrayna və Çexiya klubları ilə üz-üzə gələcək
- Murat Dikmen: “Hücumda zəif çıxış etdik”
- Rəşad Sadıqov: “Oynatdığım futbol müdafiə futbolu kimi görünürsə, şərh etməyə sözüm yoxdur”
- Rəşad Sadıqov: “Bu söhbətlər ya qəsdən edilir, ya da cahillikdən” - MÜSAHİBƏ