Ernandes erkən qolla mundiallar tarixinə düşdü
14.12.2022 - 23:34
Fransa yığmasının cinah müdafiəçisi Teo Ernandes DÇ-2022-nin 1/4 finalında Mərakeşlə matçda erkən qol vurmaqla tarixə düşüb.
Apasport.az xəbər verir ki, "Milan"ın futbolçusu görüşün başlamasından 4 dəqiqə 39 saniyə sonra qol vuraraq, 1958-ci ildən bəri dünya çempionatının yarımfinalları tarixində ən sürətli qol vuran futbolçu olub.
Qeyd edək ki, DÇ-1958-in yarımfinalında Braziliya millisinin futbolçusu Vava matçın 2-ci dəqiqəsində Fransaya qol vurub. Həmin matçda Braziliya Pelenin het-triki ilə 5:2 hesabı ilə qalib gələrək finala çıxmış və daha sonra dünya çempionu olmuşdu.
- Avropa çempionatında üç medal
- Aslan Kərimov: “Avroliqa bitəndən sonra "Qarabağ"ın qarşısını almaq çətin olacaq” - Müsahibə
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Bakıda cüdo üzrə Liqa yarışının III turu keçiriləcək
- “Çelsi” “Barselona”ya çatdı
0
0