2022-ci ildə ölkə çempionatlarının yüksək liqalarında meydana çıxan ən yaşlı futbolçuların siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS-in tərtib etdiyi cədvəldə 10 oyunçu yer alıb.
Bolqarıstanlı qapıçı Georgi Petkov ilin ən “qoca” futbolçusu olub. Siyahıya 6 qolkiper, 2 hücumçu, 1 müdafiəçi və 1 yarımmüdafiəçi düşüb.
Livanlı yarımmüdafiəçi Abbas Ahmed Atvi ən yaşlı sahə oyunçusudur. Müdafiəçilərdən İldefons Lima cədvələ düşüb. “Top-10”dakı hücumçular isə Ceyms Şamanqa və Ris Qriffitsdir.
1. Georgi Petkov (Bolqarıstan) - 45 yaş 343 gün
2. Oussa (Misir) - 45 yaş 198 gün
3. Daniel Vaca (Boliviya) - 43 yaş 324 gün
4. Abbas Ahmed Atvi (Livan) - 42 yaş 247 gün
5. İldefons Lima (Andorra) - 42 yaş 229 gün
6. Conatan Juber (Lüksemburq) - 42 yaş 224 gün
7. Ceyms Şamanqa (Zambiya) - 42 yaş 220 gün
8. Ris Qriffits (Uels) - 42 yaş 200 gün
9. İlion Lika (Albaniya) - 42 yaş 148 gün
10. Artur Boruç (Polşa) - 41 yaş 358 gün
- "Mançester Yunayted" və PSJ "Real"ın qapıçısını transfer etmək istəyir
- “Fehervar”ın futbolçusu: “Qəbələ” kökündən dəyişmək istəyəcək”
- “Rusiya Premyer Liqası ilə yalnız “Qarabağ”ı müqayisə etmək olar” – MÜSAHİBƏ
- Sənədləri saxtalaşdırdılar, 3 il müddətinə futboldan uzaqlaşdırıldılar
- Millimiz yoldaşlıq turnirində iştirak edəcək