Kanada tarix yazdı - İlk dəfə DÇ-da 1/8 finala yüksəldi
29.06.2026 - 01:23
Kanada millisi tarixində ilk dəfə dünya çempionatında 1/8 final mərhələsinə yüksəlib.
Apasport.az xəbər verir ki, Şimali Amerika təmsilçisi DÇ-2026-nın 1/16 finalında Cənubi Afrika Respublikasını 1:0 hesabı ilə məğlub edib.
Bu qələbə ilə Kanada mundial tarixində ilk dəfə pley-off mərhələsində mərhələ adlayıb.
Qeyd edək ki, Kanada 1/8 finalda Niderland - Mərakeş cütünün qalibi ilə qarşılaşacaq.
0
0