Mbappe Fransa tarixində ilkə imza atdı - 100-cü qol töhfəsi
10.07.2026 - 03:55
Mbappe Fransa tarixində ilkə imza atdı - 100-cü qol töhfəsi

Fransa millisinin hücumçusu Kilian Mbappe yığma karyerasında yeni uğura imza atıb.

Apasport.az xəbər verir ki, 27 yaşlı futbolçu Fransa millisinin tarixində 100 qol töhfəsinə çatan ilk oyunçu olub.

Mbappe yığmada keçirdiyi 104 oyunda 64 qol vurub və 36 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Mbappe Mərakeşlə 1/4 final matçında 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Fransa rəqibini 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.