Fransa millisinin hücumçusu Kilian Mbappe növbəti tarixi göstəriciyə imza atıb.
Apasport.az xəbər verir ki, ulduz futbolçu DÇ-2026-nın I qrupunda İraqla keçirilən matçda 2 dəfə fərqlənərək dünya çempionatlarındakı qol sayını 16-ya çatdırıb.
Bununla da Mbappe mundiallar tarixinin ən məhsuldar futbolçuları siyahısında Almaniya millisinin sabiq hücumçusu Miroslav Klozeyə çatıb.
Hazırda dünya çempionatları tarixinin bombardirlər siyahısına 18 qolla Lionel Messi başçılıq edir. Mbappenin argentinalı ulduza çatması üçün cəmi 2, onu geridə qoyması üçün isə 3 qol vurması lazımdır.
Qeyd edək ki, Mbappe DÇ-2026-da keçirdiyi ilk iki matçda 4 qol vurub. Fransa millisi isə iki turdan sonra son 32 mərhələsinə vəsiqəni rəsmiləşdirib.