Messi Ronaldoya çatdı
12.01.2023 - 13:24
PSJ-nin futbolçusu Lionel Messi portuqaliyalı Kriştiano Ronaldonun rekorduna şərik olub.
Apasport.az saytı xəbər verir ki, argentinalı superulduz dünya çempionatından sonra iştirak etdiyi ilk oyunda bu uğura imza atıb.
O, Liqa 1-in "Anje" ilə oyununda (2:0) rəqib qapısına yol tapmaqla Top-5 liqalarında qollarının sayını 696-ya çatdırıb. Messi bununla da “Əl-Nəsr”in şərəfini qoruyan Ronaldonun daha bir rekordunu təkrarlayıb.
Lakin onun portuqaliyalını keçməsi çətin olmayacaq. Messi daha 1 qola imza atarsa, mütləq rekorda yiyələnəcək.
- Quba 2024, Qəbələ isə 2025-ci il üçün "İdman Paytaxtı" seçilib
- Peşəkar Futbol Liqasının pley-off oyunları ilə bağlı məlumatı
- "Qalatasaray" - "Fənərbaxça" derbisinin vaxtı açıqlandı
- “Qarabağ” MDB klubları arasında bunu bacaran ilk komanda olub
- Misli Premyer Liqası: Ayın qolu mükafatına namizədlər - VİDEO
0
0