Modriç tarix yazdı - Xorvatiya millisində 200-cü matç!
28.06.2026 - 01:54
Xorvatiya millisinin kapitanı Luka Modriç növbəti tarixi nailiyyətinə imza atıb.
Apasport.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın Qana ilə matçında milli komandada 200-cü oyununa çıxıb.
Beləliklə, Modriç Xorvatiya millisinin tarixində 200 oyun həddinə çatan ilk futbolçu olub.
Modriçdən sonra Xorvatiya millisində ən çox forma geyinən futbolçu İvan Perişiçdir. 37 yaşlı vinger yığmada 152 oyun keçirib.
Qeyd edək ki, Modriç Xorvatiya yığmasında debütünü 2006-cı ildə edib. O, milli komandanın heyətində dünya çempionatında gümüş (2018) və bürünc (2022) medal qazanıb.
0
0