Sane tarixə düşdü - Almaniyanın ən erkən ikinci qolu
26.06.2026 - 00:36
Sane tarixə düşdü - Almaniyanın ən erkən ikinci qolu

Almaniya millisinin futbolçusu Leroy Sane DÇ-2026-da tarixə düşüb.

Apasport.az xəbər verir ki, vinger Ekvadora qarşı matçda 1 dəqiqə 49-cu saniyədə fərqlənib.

Bu, Almaniya millisinin dünya çempionatları tarixində ən erkən ikinci qolu olub.

Qeyd edək ki, bu göstəricidə rekord Ernst Lehnerə məxsusdur. O, 1934-cü ildə Avstriyaya qarşı oyunda 1-ci dəqiqədə qol vurub.