Türkiyə Superkuboku növbəti ildən etibarən yeni formatda təşkil olunacaq.
Apasport.az xəbər verir ki, Superkubok uğrunda 4 komanda mübarizə aparacaq.
Bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat yayıb.
Qurumdan verilən açıqlamada bildirilib ki, Super Liqanı ilk iki pillədə başa vuranlar və ölkə kubokunun finalına yüksələn komandalar burada iştirak edəcək.
Bu mövsüm "Qalatasaray" Super Liqanı ilk iki pilləda başa vurmağı təmin edib. "Sarı-qırmızılar" Türkiyə Kubokunda da finala yüksəldiyi üçün Superkubok matçlarında ölkə çempionatını 3-cü pillədə başa vuran komanda iştirak edəcək.
Qeyd edək ki, yarımfinal və finalda ibarət olacaq oyunlar yanvar ayında təşkil olunacaq.
- Təyyarə qəzasında həlak olan 13 yaşlı futbolçu ilə vida mərasimi keçirilib - FOTO
- "Xəzri" pley-off 'a böyük hesablı qələbə ilə start verib
- Qrinvud “Xetafe”dən qovula bilər: maraqlı səbəb
- Rəşad Sadıqov: "Çalışacağıq ki, "Qarabağ"a qarşı layiqli müqavimət göstərək"
- Vinisius Junior “Real” tarixində ilk 5-də