Tarixdə 3-cü: Messi 100 qol səddini keçdi
29.03.2023 - 09:39

Lionel Messi yığmada 100 qol səddini adlayan üçüncü futbolçu olub.
Apasport.az saytının məlumatına görə, 36 yaşlı hücumçu Argentina yığmasının Kurasao ilə yoldaşlıq oyununda buna nail olub.
Messi 7:0 hesablı qələbəyə üç qolla töhfə verib. Bununla da forvardın yığmadakı qollarının sayı 102-yə çatıb.
Lionelə qədər yalnız iki futbolçu “100”ü keçib. Dünya rekordu Portuqaliya millisində 122 qol vuran Kriştiano Ronaldoya məxsusdur. İranlı Əli Daei 109 dəfə fərqlənib.
Qeyd edək ki, Azərbaycan millisinin rekordçusu Qurban Qurbanovun aktivində 14 top var.
- Voyislav Stankoviç: “Regekampf bu mövsüm də “Neftçi”də qalsaydı, komanda daha güclü olardı” - Müsahibə
- “Qarabağ”dan bir gündə 2 heç-heçə - YENİLƏNİB
- "Fənərbaxça" İtaliyada çıxış edən fransıza təklif göndərəcək
- Millimizin üzvü oynadı, komandası məğlub oldu
- "Şeffild Yunayted"də Hekinqbottom dövrü sona çatdı
0
0