Yeniyetmə stolüstü tennisçilər növbəti beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.
Apasport.az xəbər verir ki, Türkiyənin Yalova şəhərində təşkil olunan hazırlıq prosesində Sofiya Trofimenko, Banu İmanverdizadə, Şakir Qədirov və Vaqif Babayev iştirak edəcək.
Məşqçilər Billurə Eminova və Zakir Cavadovun rəhbərliyi ilə qardaş ölkəyə yollanan idmançılar avqustun 16-dək təcrübələrini artırmağa çalışacaqlar.
Stolüstü tennisçilər təlim-məşq toplanışı çərçivəsində, Türkiyə, Bolqarıstan, Rumıniya, Kosova və Estoniya komandalarının istirakı ilə keçiriləcək turnirdə də bacarıqlarını göstərəcəklər.